Ermənistanda qandonduran olay: 200-dən çox hərbçinin cəsədini…backend

Ermənistanda qandonduran olay: 200-dən çox hərbçinin cəsədini…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağda müharibə zamanı həlak olan 200-dən çox erməni hərbçinin cəsədi gizlədilib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, ölən hərbçilərin yaxınları paytaxt İrəvanın Heratsi küçəsini bağlayıblar və hökumətdən Qarabağda öldürülənlər barədə tam məlumat vermələrini tələb edirlər.

Etirazçılara görə cəsədlər meyitxanalarda və soyuducularda gizlədilib.

“Uşaqlarımızın cəsədləri yalnız indi ailələrinə təhvil verilir”, – deyə itkin düşənlərdən birinin atası Arsen Qukasyan hiddətini ifadə edib.

Etirazçılar hökumətdən ölən əsgərlərin yaxınları ilə birlikdə hadisəni araşdırmaq üçün xüsusi komissiya yaratmağı tələb edirlər.

Ermənistan İstintaq Komitəsinin nümayəndəsi Rafael Vardanyan danışıqlar üçün etirazçıların qarşısına çıxıb.