Ermənistanda qızılcaya yoluxanların sayı 322 nəfərə çatıb.
NOCOMMENT.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb.
“6 nəfər xəstəxanaya yerləşdirilib. Ümumilikdə yoluxanların 222-si uşaqdır”, – deyə məlumatda qeyd olunub.
Nazirlikdən bildirilib ki, yoluxanların sayında artım müşahidə edilir.