Ermənistanda respondentlərin yarıdan çoxu Paşinyanın istefasını istəyirbackend

Ermənistanda respondentlərin yarıdan çoxu Paşinyanın istefasını istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyanın reytinqi iyul ayındakı 85 %-dən indi 45 %-ə enib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu, ABŞ-ın “Gallup İnternational Association” şirkətinin Ermənistanda keçirdiyi rəy sorğusu nəticəsində məlum olub.

Şirkətin yerli nümayəndəsi Aram Navasardyan sorğunun noyabrın 25-dən dekabrın 2-dək keçirildiyini açıqlayıb. Onun sözlərinə görə, sorğu ölkənin bütün ərazilərini əhatə edib və telefon vasitəsilə aparılıb.

Qeyd olunub ki, rəyi soruşulanların cəmi 38%-i N.Paşinyanın vəzifəsini icra etməsinin istəyib.