Ermənistanda rusiyalı hərbçi özünü güllələyib.
NOCOMMENT.az erməni mediasına istinadla bildirir ki, hadisə iyulun 10-da Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasında qeydə alınıb.
Qeyd olunur ki, zərərçəkən 102-ci hərbi bazanın hərbçisi, 23 yaşlı Aleksey Q başından atəş açaraq, özünü güllələyib.
Başından güllə yarası alan hərbçi Gümrü Tibb Mərkəzinə yerləşdirilib.
Zərərçəkmiş əməliyyat olunub və komada reanimasiyadadır. Onun səhhətinin son dərəcə ağır olduğu bildirilir.