Ermənistanda rüşvətxor məmurlar saxlanılıblarbackend

Ermənistanda rüşvətxor məmurlar saxlanılıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin paytaxt İrəvanın Şenqavit rayonunda keçirdikləri əməliyyat nəticəsində iki vəzifəli şəxs saxlanılıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə erməni KİV-i məlumat yayıb.

Onlar rüşvət almaqda şübhəli bilinirlər.

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi faktı təsdiqləyib. İstintaq hərəkətləri komitədə başlanmış cinayət işi çərçivəsində həyata keçirilib.

Məmurların adları və vəzifələri açıqlanmır.