Ermənistanda sabiq nazirə hökm oxunubbackend

Ermənistanda sabiq nazirə hökm oxunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın sabiq fövqəladə hallar naziri Andranik Piloyana hökm oxunub.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Ermənistanın Antikorrupsiya Məhkəməsinin qərarı ilə sabiq nazir 4 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Piloyan 31 mart 2022-ci ildə həbs edilib. O, rüşvət almaqda və nazirlikdəki vəzifələri satmaqda ittiham edilirdi.