Ermənistanda saxlanılan Hüseyndən yeni XƏBƏR VARbackend

Ermənistanda saxlanılan Hüseyndən yeni XƏBƏR VAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda əsir saxlanılan hərbçimiz Hüseyn Axundova qarşı yeni cinayət işi açılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Məlumatda bildirilib ki, guya o, Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirib və buna görə təqsirli bilinir.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda saxlanılıb.

Bundan əvvəl onlar Ermənistan dövlət sərhədini qanunsuz keçməkdə və odlu silah-sursat daşımaqda ittiham ediliblər. Sosial şəbəkələrdə Hüseynin ermənilər tərəfindən işgəncələrə məruz qalmasını əks etdirən görüntülər paylaşılıb.