Ermənistanda seçki gərginliyi – Sarkisyandan hiyləgər addımbackend

Ermənistanda seçki gərginliyi – Sarkisyandan hiyləgər addım

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunda keçiriləcək erkən parlament seçkilərinə blok şəklində getmək qərarı verən Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan və Milli Təhlükəsizlik Xidmətinin sabiq rəisi Artur Vanetsyan arasında narazılıq yaranıb.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

Nəşrin iddiasına görə, Ermənistanda seçki siyahılarının formalaşdırılması mərhələsində siyasi müttəfiqlər arasında narazılıq yaranıb. Söhbət Sarkisyanın Respublikaçı və Vanetsyanın Vətən partiyalarından gedir.

Qəzetin yazdığına görə, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Artur Vanetsyanın rəhbərlik etdiyi partiyanın üzvləri siyahının ilk iyirmiliyində olmadıqlarını eşidəndə təəccübləniblər. Nəşr qeyd edib ki, siyahının ilk hissəsi üçüncü prezident Serj Sarkisyan və Nəzarət Xidmətinin keçmiş rəhbəri İşxan Zaxaryan tərəfindən hazırlanıb.

Qəzet yazır ki, Sarkisyan əvvəlcə siyahıda özünün olmayacağını söyləsə də, sonradan qərarını dəyişib. İlk onluğa Vanetsyanın partiyası və Respublikaçıdan hər biri beş nəfərin daxil olacağına qərar verilib. Sarkisyan hər üç namizəddən birinin qadın olması lazım olduğunu bildirib.

Vanetsyanın partiyasında az sayda qadın üzvün olması səbəbindən, bu, siyahıda Sarkisyana üstünlük təmin edir. Vətənin siyasi komandası üçüncü onluqda yer alıb. Bu o deməkdir ki, blok parlamentə getsə, Sarkisyanın komandası üstün mövqedə olacaq.