Ermənistanda seçki şousu: Onların barəsində cinayət işi açıldıbackend

Ermənistanda seçki şousu: Onların barəsində cinayət işi açıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda iyunun 20-də baş tutacaq növbədənkənar parlament seçkiləri çərçivəsində gərginlik davam edir. Artıq ölkədə seçki iştirakçısı olan partiyalardan birinin üzvləri ilə bağlı cinayət işi açılıb.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, buna səbəb adı çəkilməyən partiyanın seçicilərə səs qarşılığında rüşvət təklif etməsi olub. Faktla bağlı Ermənistanın Baş Prokurorunun müşaviri Qor Abramyan məlumat yayıb. Bildirilib ki, Ermənistan Mərkəzi Seçki Komissiyası, prokurorluğun rüşvət verməkdə təqsirləndirilən bir namizədə qarşı cinayət işi başlanılması barədə vəsatətini qəbul edib.

“Biri seçicilərə rüşvət vermək, altısı isə rüşvət almaq şübhəsiylə daha 7 nəfər barəsində cinayət işi açılıb”, – deyə Qor Abramyan qeyd edib.