Ermənistanda sərhədin delimitasiyasına etiraz edən bir qrup İrəvan-Gümrü yolunu bağlayıbbackend

Ermənistanda sərhədin delimitasiyasına etiraz edən bir qrup İrəvan-Gümrü yolunu bağlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiyası barədə əldə olunan razılaşmalara etiraz edən 20 nəfərə yaxın insan səhər saatlarından etibarən İrəvan-Gümrü yolunu bağlayıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, polis əməkdaşlarının səylərinə baxmayaraq hələlik ərazidə nəqliyyatın hərəkətini bərpa etmək mümkün olmayıb.

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan hökumətləri arasında delimitasiya prosesinə Tavuş vilayətindən başlamaq və birgə komissiyanın əsasnaməsi üzərində işi iyulun 1-dək yekunlaşdırmaqla bağlı razılıq əldə edilib.