KoronaVirus İnformasiya Portalı
Ermənistanda silahlı qüvvələr və siyasi rəhbərlik arasında çəkişmə başladıbackend

Ermənistanda silahlı qüvvələr və siyasi rəhbərlik arasında çəkişmə başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəbhədə davamlı uğursuzluq və məğlubiyyətlə üzləşən Ermənistanda siyasi rəhbərlik və ordu arasında fikir ayrılığı, nifaqın olduğu görünməyə başlayıb.

NOCOMMENT xəbər verir ki, bu, Ermənistanın Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Baş Qərargahın ortaq bəyanatından sezilib.

“Ermənistan Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Baş Qərargahı Ermənistan Respublikasının siyasi rəhbərliyi və Silahlı Qüvvələr arasında nifaq salmaq istəyən bəzi siyasi dairələrin cəhdlərini qətiyyətlə pisləyir”, – deyə açıqlamada vurğulanıb.

Bəyanatda həmçinin siyasətçilərin bölücü açıqlama və hərəkətlərdən çəkinməyə çağırış edilib.