Ermənistanda siyasi fəallar saxlanılıblarbackend

Ermənistanda siyasi fəallar saxlanılıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan polisi müxalif “Veto” hərəkatının lideri Narek Malyan saxlanılıb. Onun istintaqa cəlb edilməsi məcburi qaydada icra edilib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, ötən gün axşam Milli Təhlükəsizlik Xidməti (MTX) parlament aparatının keçmiş rəhbəri Ara Sağatelyan, keçmiş deputat Karen Bekaryan və ölkənin daha iki vətəndaşı saxlanılıb.

Hakimiyyət orqanlarının hərəkətlərini sərt tənqid etməklə saxta bir feysbuk hesabı yaratmaqda ittiham olunurlar. MTX-nin yaydığı məlumata görə, saxlanılan müxalifətçilər həmin hesab vasitəsilə hərbi vəziyyət zamanı senzuranın normalarını pozublar.

Müxalifətçilər bütün saxlanılmaların ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb edən birləşmiş müxalifətin planlaşdırdığı mitinqlə bağlı olduğunu bildiriblər.