Ermənistan Respublika təcili yardım xidmətinin rəhbəri Saak Akopyan rüşvət almaqda ittiham olunur.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi xəbər verib.
O, çağırışçıların ordudan azad edilməsi məqsədi ilə iri korrupsiya sövdələşmələrində iştirakda ittiham olunur. Məhkəmə bu işlə əlaqəli olan daha 3 nəfəri həbs edib.