Ermənistanda terrorçu Norayr Mirzoyan üçün pul yığılırbackend

Ermənistanda terrorçu Norayr Mirzoyan üçün pul yığılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün əvvəl Şuşada azərbaycanlı hərbçilərə qarşı təxribat törədən Norayr Mirzoyanla bağlı Ermənistanda “xeyriyyə aksiyası” başladılıb.

NOCOMMENT haqqin.az-a istinadən xəbər verir ki, aksiyanı Ermənistan parlamentinin deputatları, erməni kilsəsinin nümayəndələri, həmçinin Qarabağ separatçılarının rəhbərliyi təşkil edib.

Erməni mediası yazır ki, Mirzoyan rusiyalı sülhməramlılar tərəfindən saxlanıldıqdan sonra yenidən separatçılara təhvil verilib və hazırda Xankəndi şəhərindədir. Bununla belə, proses zamanı Mirzoyanın psixiatriya xəstəxanasına yerləşdirildiyi və burada vaxtını heç də pis keçirmədiyi deyilir.

Bununla yanaşı, “Hraparak” yazır ki, erməni millət vəkilləri və ictimai şəxslər “Mirzoyanın ailəsi maddi çətinlik çəkə bilər” iddiası ilə terrorçunun ailəsini axtarmağa başlayıblar.

Qeyd olunur ki, terrorçunun ailəsinə artıq “ehtiyacları” üçün 1000 dollar veriblər. Erməni kiləsinin nümayəndələri isə ailə üçün daha 3000 dollar toplayıb. Lakin bu vəsaitlər hələ ki, köçürülməyib. Belə ki, həmin ailənin harada yaşadığını dəqiq olaraq bilənlər azdır.