Ermənistanda vəkillər hökumət əleyhinə aksiyalara qoşuldularbackend

Ermənistanda vəkillər hökumət əleyhinə aksiyalara qoşuldular

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Vəkillər Palatası baş nazir Nikol Paşinyanı dövlət quruluşuna təhlükə mənbəyi adlandıraraq, hökumət rəhbərinin istefası tələbilə çıxış edib.

NOCOMMENT xəbər verir ki, bu barədə Vəkillər Palatasının sədri Ara Zöhrabyan özünün feysbukdakı səhifəsində bildirib. Palata sədri qeyd edib ki, o və həmkarları bu gün yürüşlə Palatanın binası qarşısından parlament və Baş Prokurorluğun binası qarşısına yollanacaqlar.

“Biz Ermənistan parlamentinin sədrinə hərbi vəziyyət rejiminin ləğvi və baş nazirə etimadsızlıq haqqında tələbi çatdıracağıq. “Mənim addımım” fraksiyasının üzvü olan vəkil deputatlardan hakim fraksiyanı tərk etməyi tələb edəcəyik. Biz eləcə də Baş Prokurorluğa cinayətin törədilməsi haqqında bəyanatı təqdim edəcəyik”, – deyə Zohrabyan qeyd edib.

“Dövlət quruluşumuzun itirilməsi təhlükəsi bizi etiraz aksiyasına çıxmağa və bu təhlükə mənbəyindən – baş nazir, onun komandasından mümkün qədər tez azad olmağa məcbur etdi”, – deyə o bildirib.