Ermənistanda xəyanətkar axtarışı: Növbə mobil operatorun rəhbərinə çatdıbackend

Ermənistanda xəyanətkar axtarışı: Növbə mobil operatorun rəhbərinə çatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəbhədəki ağır məğlubiyyət Ermənistanda daxili siyasi vəziyyəti mürəkkəbləşdirməkdə davam edir. Hakim partiyaya qarşı ictimai narazılıq artır, sosial şəbəkələrdə, internet forumlarda baş nazir Nikol Paşinyanın çıxışları sərt şəkildə tənqid edilir. Erməni fəallar ondan gəncləri Qarabağda ölümə göndərməməyi, bu qırğını dayandırmağı tələb edirlər.

NOCOMMENT azpolitika-ya istinadən xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin düşmənin canlı qüvvəsinin və texnikasının məhv edilməsini əks etdirən kadrları sosial şəbəkələrin erməni seqmentində olduqca populyardır.

İstifadəçilər videoların bölüşərək altından üzgün, qəzəb dolu smayliklər yerləşdirməklə yanaşı tələfatın dəhşətli həddə çatdığını da vurğulayırlar.

Ermənistan rəhbərliyində isə xain axtarışları davam erdir. Milli Təhlükəszilik Xidməti rəhbərinin istefaya göndərilməsindən sonra şübhələr bəzi hökumət üzvlərinin, dövlət şirkətlərinin, mobil operatorların üzərinə yönəlib.

Məsələn, Ermənistanın ən böyük mobil operatorunun – Rusiyaya məxsus “Viva-MTS”in baş direktoru Ralf Yirikyan vətənə xəyanətdə ittiham edilib.

Bu barədə Ermənistan Baş nazirinin aparatının keçmiş işlər müdiri açıqlama verib. Sonradan o statusunu “gizlədib” və bəyan edib ki, əgər bununla bağlı təhlükəsizlik qurumları rəsmi təkzib verməsə, yenidən açıqlayacaq.

“Viva-MTS” mobil operatoru baş direktorla bağlı yayılan xəbərlərdən qəzəblənərək təkzib bəyanatı ilə çıxış edib.