Ermənistanda Xocalı ilə bağlı sorğu keçirən məşhur bloger Azərbaycana gəlirbackend

Ermənistanda Xocalı ilə bağlı sorğu keçirən məşhur bloger Azərbaycana gəlir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bir çoxlarınız Ruhi Çenetin Azərbaycana gəlməsi üçün müraciət edirdiniz. Ruhi bəy bu gün gəlir”.

NOCOMMENT xəbər verir ki, bu sözləri tanınmış hüquq müdafiəçisi Aslan İsmayılov özünün feysbuk səhifəsində yazıb.

Hüquqşünas saytımıza verdiyi açıqlamada bildirib ki, bloger Azərbaycana dəstək məqsədilə buraya gəlir: “Məndə olan məlumata görə, onu rəsmilər dəvət ediblər, bu gün gəlməlidir”.

Qeyd edək ki, təkcə yutub sosial platformasında 5 milyona yaxın izləyicisi olan Ruhi Çenet Türkiyədə və dünyada geniş auditoriyaya müraciət edir. O, bu ilin fevral ayında Ermənistana da səfər etmiş və buradakı ermənilərə həm Türkiyə, həm Azərbaycan, həm də Xocalı soyqırımı barədə suallar vermişdi.