Ermənistanda yeni Ombudsman AND İÇDİbackend

Ermənistanda yeni Ombudsman AND İÇDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 24-də Ermənistan parlamentində respublikanın yeni Ombudsmanının seçilməsi üzrə gizli səsvermənin nəticələri açıqlanıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, hakim “Vətəndaş müqaviləsi” partiyasının parlament fraksiyası bu vəzifəyə ədliyyə nazirinin müavini Kristine Qriqoryanın namizədliyini irəli sürüb.

Onun namizədliyini hakim “Vətəndaş müqaviləsi” partiyasının parlamentdəki fraksiyası 68 səslə dəstəkləyib.

Müxalifətin “Ermənistan” və “Şərəfim var” bloklarından olan deputatları səsverməni boykot ediblər.

Gizli səsvermənin nəticələri elan edildikdən sonra yeni hüquq müdafiəçisi parlamentin tribunasına yaxınlaşaraq and içib.

Kristine Qriqoryan bu vəzifədə 2016-cı ildən Ermənistanın Ombudsmanı vəzifəsində çalışan Arman Tatoyanı əvəz edəcək.

K.Qriqoryan 2019-cu ilin iyulunda Ermənistan Respublikası ədliyyə nazirinin müavini, 2021-ci ilin aprelində isə ədliyyə nazirinin birinci müavini təyin edilib. 2022-ci il yanvarın 20-də Qriqoryan Ermənistan Respublikası ədliyyə nazirinin birinci müavini vəzifəsindən azad edilib.