Ermənistandan Putinə böyük şok: Ölkə sərhədlərinə girsə, həbs olunacaq!backend

Ermənistandan Putinə böyük şok: Ölkə sərhədlərinə girsə, həbs olunacaq!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Ali Məhkəməsinin Rusiya prezidenti Vladimir Putinin ölkəyə gələcəyi təqdirdə həbs olunaraq Haaqa məhkəməsinə göndəriləcəyi barədə qərar çıxardığı açıqlanıb.

NOCOMMENT.az xəbər verir ki, Rusiyanın müstəqil mediası “Novaya qazeta”nın məlumatına görə, Ermənistan Konstitusiya Məhkəməsi martın 24-də Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) öhdəliklərinin onun milli konstitusiyasına uyğun olması barədə qərar verib.

Ermənistan Konstitusiya Məhkəməsinin qərarına görə, Rusiya prezidenti Vladimir Putin və Rusiya Federasiyasının Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belova Ermənistan ərazisinə ayaq basdığı təqdirdə qanuni olaraq həbs ediləcək.

NOCOMMENT.AZ