Ermənistandan qaçanların yerinə hindlilər gəlirlərbackend

Ermənistandan qaçanların yerinə hindlilər gəlirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanda işsizlərin sayı 60 mini keçsə də, bir neçə ildir hindistanlılar burada ucuz işçi qüvvəsi hesab edilir. Əvvəlki illərdə erməni kəndlərində hindlilər, əsasən, istixana işləri ilə məşğul olurdular və son vaxtlar onlar da tikinti sektorunda çalışırlar.

Məsələn, ermənilərin çoxu tikinti işlərindən imtina edir, hindlilər isə 4-5 min dram qarşılığında o işi görürlər. Onlar öz ölkələrində belə işə öyrəşiblər. Ermənilər isə sadəcə olaraq belə işlə məşğul olmağa üstünlük vermirlər”.

NOCOMMENT modern-ə istinadın xəbər verir ki, bu barədə Ermənistanın “Xalq” qəzetində dərc edilən məqalədə deyilir.

Məqalədə bildirilir ki, bundan başqa hindistanlılar Ermənistanı üçüncü ölkəyə keçmək üçün vasitə kimi istifadə edirlər: “Onlar istəyirlər ki, Ermənistan vasitəsilə başqa ölkələrə gedib viza ala bilsinlər, biznes qura bilsinlər, bəzi xidmətlərdə işləsinlər. Məsələn, onların əksəriyyəti Ermənistan vasitəsilə Birləşmiş Ərəb Əmirliklərinə getməyə üstünlük verirlər. Yəni Ermənistanda qalmağa maraqlı deyillər”.

Ermənistanın Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk 7 ayında Ermənistana 9 898 Hindistan vətəndaşı gəlib, 11 262 nəfər isə gedib.

Erməni nəşri qeyd edib ki, ermənilər başqa ölkələrə, xüsusən də Rusiyaya gedib tikinti işləri gördüyü halda, öz ölkələrində bu işləri bəyənmirlər: “Ermənilər öz ölkələrində təklif olunan pula işləmək istəmirlər, sonra isə işin olmamasından şikayətlənirlər”.