Ermənistandan təklif: Moskva, İrəvan və Bakı parlament formatında müzakirə apaılsınbackend

Ermənistandan təklif: Moskva, İrəvan və Bakı parlament formatında müzakirə apaılsın

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin erməni həmkarı Alen Simonyanın Rusiya, Ermənistan və Azərbaycanın iştirakı ilə parlament formatı çərçivəsində regional təhlükəsizlik məsələlərinin müzakirəsi ideyasını dəstəkləyib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının mətbuat xidməti məlumat yayıb.

Görüş Ermənistan parlamentinin sədri Alen Simonyanın Rusiyaya rəsmi səfəri çərçivəsində baş tutub.

“Alen Simonyan Rusiya, Ermənistan və Azərbaycanın iştirakı ilə parlament formatı çərçivəsində regional təhlükəsizlik məsələlərini müzakirə etmək təşəbbüsü ilə çıxış edib. Vyaçeslav Volodin bu təklifi dəstəkləyib”, – deyə mesajda bildirilib.

Bundan əlavə, qeyd edilir ki, Ermənistan Milli Məclisinin deputatları Duma fraksiyalarının rəhbərləri ilə görüşlər keçirəcək, onların nəticəsi parlamentlərarası əməkdaşlıq təklifləri olmalıdır.

Qeyd olunur ki, Volodin Ermənistan nümayəndə heyətinin Moskvaya səfəri zamanı gündəmi genişləndirməyi təklif edib. Milli Məclisin deputatları gələcək iş üzrə məsələləri formalaşdırmaq üçün Dövlət Dumasının bütün fraksiyalarının və müvafiq komitələrin rəhbərləri ilə görüşəcəklər. Məlumatda deyilir ki, bu görüşlər Dövlət Duması ilə Ermənistan Milli Assambleyası arasında parlamentlərarası əməkdaşlıq üçün konkret təkliflərlə nəticələnməlidir.

Volodin və Simonyan oktyabrın 11-də yenidən görüşmək barədə razılığa gəliblər.