Ermənistanı DƏHŞƏTLİ GÜNLƏR gözləyir – Azərbaycan buna hazırlaşırbackend

Ermənistanı DƏHŞƏTLİ GÜNLƏR gözləyir – Azərbaycan buna hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Böyük bir müharibə mənzərəsi bölgəmizi təqib edir, amma başlayanda hədəf kim olacaq – Rusiya və ya İran, hələ də aydın deyil. Hər halda, Ermənistan döyüş əməliyyatları teatrına çevrilmək riski daşıyır”.

NOCOMMENT.az xəbər verir ki, bunu erməni türkoloq Ruben Melkonyan jurnalistlərlə görüşündə bildirib.

O, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin Qarsda keçirəcəyi təlimlərə diqqət çəkib və ölkəsində yaratdığı təşvişi gizlətməyib.

Onun sözlərinə görə, kommunikasiyaların Azərbaycan və Türkiyənin istəyi ilə blokdan çıxarılması Ermənistan üçün təslimiyyətin davamıdır.

Türkoloq qeyd edib ki, Azərbaycan Ermənistandan digər tarixi ərazilərini tələb etmək üçün milyardlarla dollarlıq beynəlxalq məhkəmələrə hazırlaşır: “Mövcud hakimiyyət orqanları buna müqavimət göstərmək iqtidarında deyil və ictimaiyyətin bir hissəsi hələ də təbliğatın təsirindən çıxmayıb”.
Publika.az