Ermənistanı dəstəkləyənlər utanmalıdırlarbackend

Ermənistanı dəstəkləyənlər utanmalıdırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Müdafiə naziri Hulusi Akar Qondarma Erməni Soyqırımını dəstəkləyən ölkələrə münasibət bildirərək “Bilmək lazımdır ki, Türkiyəni ittiham edən siyasi bəyanatlarla tarixi yenidən yazmaq olmaz və bu fikirdə olanlar öz tarixlərinə və dünyaya baxaraq utanmalıdırlar. Allaha şükür olsun ki, utanılası tariximiz yoxdur” deyib.

NOCOMMENT xəbər verir ki, Kayseri Universitetində “Erməni məsələsi” mövzusunda konfrans keçirilib. 15 İyul Kampusunun Konfrans Salonunda keçirilən konfransın qonağı olan Milli Müdafiə naziri Hulusi Akar bu mövzuda hazırlanan heç bir hesabatda, xüsusilə Harbord Hesabatında ‘soyqırım’ sözünün və ya ona bərabər sözün istifadə edilmədiyini bildirib. Nazir Akar, sənədlərlə birlikdə dövlətlərin bütün arxiv sənədlərinin ermənilərə qarşı iddia edildiyi kimi heç bir soyqırım olmadığını, əksinə ermənilərin bir çox bölgələrdə günahsız, mülki və türk xalqını qırğına məruz qoyduğunu ortaya çıxardığını deyib: “Həm Harbord hesabatında, həm də digər xəbərlərdə ermənilərin türklərə deyil, özlərinə qarşı qırğınlar törətdiyi açıq şəkildə ortaya çıxıb. Üstəlik, 1603 səhifəlik hesabatda “soyqırım” sözü və ya ona bərabər bir söz işlədilməyib, belə bir şey yoxdur”.