Ermənistanı kim silahlandırır: ABŞ, yoxsa Rusiya?backend

Ermənistanı kim silahlandırır: ABŞ, yoxsa Rusiya?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“102-ci bazanın mövcudluğu Ermənistanla Rusiya arasında imzalanmış müqaviləyə əsasən həyata keçirilir və bunun KTMT-yə aidiyyəti yoxdur”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli deyib.

O, Ermənistanın KTMT-dən çıxması ilə bağlı erməni mətbuatında səsləndirilən fikirlərə toxunub. Bu fikirlər Ermənistan hakimiyyəti tərəfindən rəsmi deyilməsə də, erməni ictimai rəyində geniş müzakirə doğurub.

E. Mirəzəbyli bununla bağlı bildirib ki, Nikol Paşinyanı hakimiyyəti gətirən dairələrin onun qarşısına qoyduqları şərtlərdən biri də Ermənistanın Qərb orbitindən keçməsi, Rusiyanın təsir dairəsindən və o cümlədən KTMT-dən çıxması idi. Bu dövrlərdə Ermənistanın KTMT-dən çıxması üçün bir bəhanə vardı. Hətta İrəvanın atdığı addımlarda da özünü büruzə verirdi”.

BAXCP funksionerinin sözlərinə görə, bu prosesin əsası Tovuz döyüşlərində qoyulub:

“Sərhəddə həyata keçirilən təxribatın məqsədi KTMT-ni bu prosesə cəlb etməkdən ibarət idi. Ermənistan KTMT-nin prosesə müdaxilə etməyəcəyini öncədən bilirdi, amma təxribatı törətməklə KTMT-nin nüfuzdan salınmasını, həmçinin Ermənistan cəmiyyətinə bu ölkənin təhlükəsizliyini KTMT çərçivəsində təmin etməyin mümkün olmadığını çatdırmaq istəyirdi”.

Siyasi şərhçi izah edib ki, 44 günlük müharibə dövründə də eyni davranışlar müşahidə olunub:

“Ermənistanın son sərhəd təxribatında da eyni davranış sərgiləndi. Üstəlik, o, KTMT-nin təlimlərində iştirak etmədi. Bunun konkret səbəbi açıqlanmasa da, hər halda İrəvanın KTMT-yə münasibətdə sərgilədiyi bir mövqedir. Ermənistanın bütün hallarda hansısa bir qütbə ineqrasiya etməsi və mövqeyini birdən-birə dəyişməsi, yəni ənənəvi qaydada oturduğu stullardan yalnız birində oturmaq cəhdləri bütövlükdə dövlət olaraq Cənubi Qafqazdan silinməsinə səbəb ola bilər”.

“Levon Ter-Petrosyan və digər siyasətçilərin son dövrlərdə bununla bağlı hakimiyyətə xəbərdarlıqları Ermənistan üçün proqnozlaşdırılan perspektivlərdən qaynaqlanır. Nəticə etibarilə, Ermənistan KTMT-dən çıxarsa, şübhəsiz ki, onun qarşısındakı öhdəliklər yerində qalacaq. Söhbət Gümrüdəki 102-ci hərbi bazadan gedir. Amma KTMT təhlükəsizlik mexanizmi kimi Ermənistanın mövcudluğuna hər hansı bir təminat vermir”, – deyə E. Mirzəbəyli vurğulayıb.

Siyasi şərhçi yekunda bildirib ki, hazırda ABŞ-ın Ermənistana silah tədarükü ilə bağlı erməni diaspor təşkilatlarının müxtəlif xarakterli məlumatları internet resurslarında yer alsa da, Ermənistanın regiondan kənar qüvvə tərəfindən silahlandırılması üçün nə hava, nə də quru məkanı imkanı var:

“Ermənistan faktiki olaraq silah təminatından məhrum qalacaq”.