Ermənistanı Rusiya ilə birləşdirən yol bağlandıbackend

Ermənistanı Rusiya ilə birləşdirən yol bağlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yuxarı Lars keçid məntəqəsinə (Gürcüstan-Rusiya sərhədi) gedən yol Gürcüstan tərəfdən yük maşınları üçün bağlıdır.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin avtomobil yolları departamenti məlumat yayıb.

Məlumata görə, beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun Qudauri-Kobi hissəsində qar və aşağı temperatur səbəbindən ağır yük maşınlarının hərəkəti dayandırılıb. Digər nəqliyyat növlərinin hərəkətinə icazə verilir.

Qeyd edək ki, Hərbi Gürcüstan yolu Rusiyanı Ermənistanla bağlayan yeganə yoldur.