Ermənistanı şoka salan xəbər: Bakı, İrəvan və Moskva anlaşıb?backend

Ermənistanı şoka salan xəbər: Bakı, İrəvan və Moskva anlaşıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan Rusiya mətbuatında Zəngəzur dəhlizi ilə bağlı yayılan məlumata münasibət bildirməkdən imtina edib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Qriqoryanın mətbuat xidmətinin açıqlamasında bildirilib.

Açıqlamada vurğulanıb ki, “İzvestiya” qəzetinin Zəngəzurdan keçən avtomobil yolu ilə bağlı Azərbaycanla razılaşmanın əldə edilməsi barədə xəbərinə şərh verilməyəcək.

“Adı açıqlanmayan mənbələrin verdiyi məlumatlara münasibət bildirməyi düzgün hesab etmirik”, – Qriqoryanın ofisindən bildirilib.

Bundan əvvəl Rusiyada nəşr olunan “İzvestiya” qəzeti rəsmi mənbələrə istinadən üç ölkə arasında Zəngəzur dəhlizi ilə bağlı razılaşmanın əldə olunduğunu yazmışdı.

“Rusiya Ermənistan və Azərbaycana Zəngəzur dəhlizində avtomobil yolu ilə bağlı razılığa gəlməyə kömək edib, razılaşdırılmalı olan yalnız 6 km-lik kiçik bir hissə qalır”, – deyə nəşr qeyd etmişdi.

Xəbər Ermənistanın ictimai-siyasi çevrələrində geniş müzakirə mövzusuna çevrilib.

İyunun 28-də isə Mqer Qriqoryan bəyan etmişdi ki, Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinlərinin iştirakı ilə regional kommunikasiyaların açılması üzrə işçi qrupu bir çox məsələlərdə İrəvan və Bakının mövqelərini yaxınlaşdıra bilib, xüsusilə də sərhəd və gömrük nəzarəti məsələlərində.