Ermənistanın 400-dək hərbçisi məhv edilibbackend

Ermənistanın 400-dək hərbçisi məhv edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əldə etdiyim məlumata görə, Ermənistan ordusunun Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində bölmələrimizə qarşı törətdiyi təxribat nəticəsində baş verən qanlı döyüşlərdə 400-dək hərbçisi məhv edilib”.

NOCOMMENT.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev feysbuk səhifəsində yazıb.

O qeyd edib ki, meyitlərin çoxu hələ də döyüş meydanlarında qaldığına görə Ermənistan tərəfi ölənlərin sayını dəqiqləşdirə bilmir:

“Biz də şəhid vermişik, amma şəhidlərimizin qisası döyüş meydanında qat-qat artıq alınıb. Əsas odur ki, Ermənistana miqyası təsvir olunmayacaq dərəcədə güclü zərbə vurulub”.

Ə.Verdiyev qeyd edib ki, bir çox məsələlər barədə dəqiq məlumat vermək olmur:

“Bəlkə buna görədir ki, cəmiyyətimizdə bu qədər şəhid verməklə nə əldə etdiyimiz barədə suallar aktualdır. Amma bu məsələlər barədə kifayət qədər məlumatlı bir insan kimi deyirəm ki, zamanla hər şey bilinəcək və əsgərlərimizin, zabitlərimizin igidliyi, peşəkarlığı sayəsində əldə etdiyimiz uğurun miqyası tam göründükdən sonra onun əsl qiyməti veriləcək.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qanı yerdə qalmadı və heç zaman qalmayacaq”.