Ermənistanın ABŞ-dakı yeni səfirinin qardaşı narkotik və silahla tutulubbackend

Ermənistanın ABŞ-dakı yeni səfirinin qardaşı narkotik və silahla tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın ABŞ-dakı yeni səfiri Narek Mkrtçyanın qardaşı Mkrtiç Mkrtçyan saxlanılıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, səfirin qardaşı qanunsuz narkotik saxlamaqda şübhəli bilinərək tutulub.

Məlumata görə, Mkrtiç Mkrtçyan ötən gecə Parakarda narkotik və silahla saxlanılıb. Jurnalist Suzi Badoyanın sözlərinə görə, Mkrtiç Mkrtçyanın ciblərində kiçik narkotik paketləri tapılıb. Səfirin qardaşında narkotiklə bərabər silah da aşkarlanıb.

Ermənistan Daxili İşlər Nazirliyi hələlik məsələni şərh etməyib.

Qeyd edək ki, bir müddət əvvəl Lilit Makunts Ermənistan Respublikasının ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Makuntsun yerinə isə Narek Mkrtçyan Ermənistanın ABŞ-dakı yeni səfiri təyin edilib. Narek Mkrtçyan daha əvvəl Ermənistanın əmək və sosial məsələlər naziri vəzifəsində çalışıb.