Ermənistanın Azərbaycanla sülh sazişi imzalamağı planlaşdırdığı zaman məlum olubbackend

Ermənistanın Azərbaycanla sülh sazişi imzalamağı planlaşdırdığı zaman məlum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Ermənistan Nazirlər Kabinetinin rəhbəri Nikol Paşinyan Tbilisidə keçirilən Beynəlxalq İpək Yolu Forumu zamanı bildirib ki, Ermənistan və Azərbaycan bir neçə ay ərzində sülh və münasibətlərin normallaşdırılması haqqında saziş imzalaya bilərlər. Bu barədə TASS məlumat yayıb.

“Biz Azərbaycanla sülh və münasibətlərin nizamlanmasına dair saziş layihəsi üzərində işləyirik, ümid edirəm ki, bu proses yaxın bir neçə ay ərzində başa çatacaq”, – Paşinyan bildirib.

Bundan əvvəl Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib ki, Tbilisi regionda sülh üçün Bakı və İrəvanla birgə addımlara hazırdır. Onun sözlərinə görə, Gürcüstan tərəfi Ermənistan və Azərbaycanı dost dövlətlər hesab edir.