KoronaVirus İnformasiya Portalı
Ermənistanın Bakıda təhsil alan yeni Müdafiə naziri kimdir? – Maraqlı DOSYEbackend

Ermənistanın Bakıda təhsil alan yeni Müdafiə naziri kimdir? – Maraqlı DOSYE

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Vaqarşak Arutyunyan Ermənistanın yeni müdafiə naziri təyin olunub.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, general-leytenant rütbəsi daşıyan Vaqarşak Arutyunyan 28 aprel 1956-cı ildə keçmiş Gürcüstan SSR-nin ermənilər yaşayan Axalkalaki bölgəsində anadan olub.

1978-ci ildə Bakıdakı S.Kirov adına Xəzər Ali Hərbi Dənizçilik Məktəbinidəm məzun olub. 1991-ci ildə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasında təhsil alıb.

1991-1992-ci illərdə Daxili işlər nazirinin müavini, Ermənistan Respublikası Müdafiə Komitəsi sədrinin birinci müavini olub.

1992-1994-cü illərdə MDB ölkələrinin Birgə Silahlı Qüvvələri Baş Komandanlığı Baş qərargah Başçısının müavini vəzifəsini icra edib.

1994-1999-cü illərdə MDB-də Hərbi Əməkdaşlığı Koordinasiya Baş qərargah Başçısının müavini və Ermənistan Silahlı Qüvvələrinin nümayəndəsi olub.

1999-2000-ci illərdə Ermənistanın Müdafiə naziri postunu tutub. 23 iyul 2002-ci ildə Ermənistanın sabiq baş naziri Vazgen Sarkisyanın qardaşı Aram Sarkisyanın rəhbərlik etdiyi “Respublika” partiyasına daxil olub.

Qeyd edək ki, Vazgen Sarkisyanın 1999-cu ildə Ermənistan parlamentində törədilən terror aktı nəticəsində öldürülüb.

2002-ci ildə prezident Robert Köçəryanın fərmanı ilə hərbi rütbələrindən məhrum edilib. 2005-ci ildə Albert Bazeyan ilə birlikdə Milli Dirçəliş Partiyasını qurub. 2007-ci ildə partiya fəaliyyətini dayandırıb və “Ramkavar Azatakan” partiyası ilə birləşib.

2019-cu ildə general-leytenant hərbi rütbəsi bərpa edilib. 2020-ci ildə baş nazir Nikol Paşinyanın hərbi məslələr üzrə baş müşaviri təyin edilib.