Ermənistanın belə dostları varsa, ona düşmən lazım deyil – İrəvan niyə çaş-baş qalıb? – ANALİZbackend

Ermənistanın belə dostları varsa, ona düşmən lazım deyil – İrəvan niyə çaş-baş qalıb? – ANALİZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son vaxtlar Ermənistanda baş verən hadisələrə nəzər saldıqda, məğlub ölkənin necə acınacaqlı durumda olduğunu görə bilirik. İrəvandakı etirazlar fonunda Paşinyanın çıxılmaz vəziyyətdə qalması Ermənistanda böyük bir xaosun hökm sürdüyünü deməyə əsas verir. Belə bir vəziyyətdə Azərbaycanın həyata keçirdiyi uğurlu və balanslaşdırılmış xarici siyasət nəticəsində artıq Ermənistana dəstək olan Fransa və Rusiya kimi ölkələr də rəsmi Bakının maraqlarına uyğun çıxış etməyə başlayıb. Bu isə Ermənistanda daha çox aqressiyanın yaranmasına səbəb olur.

NOCOMMENT.az xəbər verir ki, erməni mediasında yer alan analitik materiallarda bu cür aqressiv fikirlərə rast gəlmək mümkündür. Məsələn hazırda erməni mediasında  Fransa lideri Makronun İlham Əliyevə regionda sülhün bərqərar olması üçün etimad mühitinin yaradılmasının vacibliyini vurğulaması məsələsi ciddi müzakirə edilir.  Erməni mediası bu fikirləri “əgər Ermənistanın belə dostları varsa, ona düşmən lazım deyil” sərlövhəli başlıqla yayımlayır.

Məqalədə həmçinin Türkiyənin HAVELSAN müdafiə şirkəti tərəfindən hazırlanmış proqram təminatının Azərbaycan Silahlı Qüvvələrinin ehtiyacları üçün istifadə olunacağı xüsusi qeyd edilir. Biyabırçı vəziyyətdə olan erməni silahlı birləşmələrindən fərqli olaraq,  Azərbaycan ordusunun modernləşdirilməsi, Silahlı Qüvvələrin Türkiyə ordusu modeli üzrə formalaşması rəsmi İrəvanda qıcıq yaradır.

Erməni analitiklər Bakı və Ankaraya heç bir təzyiqin olmamasından şikayətlənirlər: “Türkiyə ümumiyyətlə istədiyini edir. O, NATO-dan açıq şəkildə tələblərinin yerinə yetirilməsini tələb edir. Rəsmi Ankara onsuz da Finlandiya və Danimarkanın Alyansa qoşulmasına razılıq verməyəcək. Bu hadisə Rusiyada və daha çox Bakıda alqışlanır” – deyə erməni mediasının dərc etdiyi məqalədə bildirilir.

Ermənilər ən çox Əliyevin və onun yürütdüyü siyasətin Putin, Bayden və Makron tərəfindən dəstəklənməsindən narahatdırlar. Makronun Azərbaycan Prezidenini ölkənin müstəqillik günü münasibəti ilə təbrikini ermənilər heç cür həzm edə bilmirlər.

Erməni mediasından sitat: “Makron bildirib ki, Fransa Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində müsbət dinamikanı ortaya qoruyur. O, həmçinin regionda sülhün bərqərar olması üçün etimad mühitinin yaradılmasının vacibliyini vurğulayıb. Buna necə reaksiya verəcəyimizi bilmirik. Reallıq odur ki, Ermənistanın belə dostları varsa, ona düşmən lazım deyil”.

Daha sonra məqalədə deyilir: “Makron özünü elə göstərir ki, sanki o, “Artsax”ın gələcəyi ilə bağlı məsələnin məqsədyönlü şəkildə gündəmdən silinməsi istiqamətində atılan addımların mahiyyətini başa düşmür. Digər tərəfdən, onun dostu Şarl Mişel Ermənistan əleyhinə qərarlar verir. Azərbaycana sevinc bəxş edən də odur”.

“Makron bütün bunları yaxşı başa düşür, lakin özünü bu cür göstərir. Çünki Azərbaycan qoşunları nəinki “Artsax”da, hətta Ermənistanın daxilindədir. Lakin Makron bunu “görmür”. O, Bakı ilə Ankara arasında dərinləşən hərbi əməkdaşlığı da “görmür”. Təəssüf ki, o, tək deyil” – məqalə bu cür yekunlaşır.

konkret.az