Ermənistanın dövlət borcu açıqlandıbackend

Ermənistanın dövlət borcu açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın dövlət borcu artaraq 9 milyard dollar həddini keçib.

NOCOMMENT.az “Joxovurd” qəzetinə istinadən xəbər verir ki, bu il sentyabrın 30-na Ermənistanın dövlət borcu 9 milyard 31 milyon dollar və ya 4 trilyon 369 milyard dram təşkil edib. Avqust ayı ilə müqayisədə borc 86 milyon dollar, il kontekstində isə 1 milyard 184 milyon dollar artıb.
Dövlət borcunun böyük hissəsi hökumətin xarici borcudur ki, bu 8 milyard 564 milyon dollar təşkil edir. Bu məbləğə xarici kreditlər və borclar, qeyri-rezidentlər tərəfindən alınmış qiymətli kağızlar və dövlət xarici valyuta istiqrazları daxildir.

İlin əvvəli ilə müqayisədə hökumətin xarici borcu 1 milyard 190 milyon dollar artıb.

Hökumətin daxili borcu 2 milyard 372 milyon dollardır. Buraya daxili kreditlər və dövlət xəzinə istiqrazları və dövlət valyuta istiqrazlarının rezidentləri tərəfindən alınmış borclar daxildir.

Hökumətin daxili borcu 6 milyard 192 milyon dollardır.

yeniavaz