Ermənistanın eks-naziri axtarışa verildibackend

Ermənistanın eks-naziri axtarışa verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın keçmiş mədəniyyət naziri Asmik Poqosyan axtarışa verilib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, o, vəzifə səlahiyyətlərindən sui-istifadədə və çirkli pulların yuyulmasında ittiham olunub. Ölkədə olmayan və yeri bilinməyən nazir beynəlxalq axtarışa verilib.

Eyni cinayət işində Ermənistanın İsraildə keçmiş səfiri Armen Smbatyanın da adı hallanır. Smbatyan həbs olunsa da, sonradan 50 min dollar müqabilində girovluğa buraxılıb.

Qeyd edək ki, Asmik Poqosyan 2007-ci ildən 2016-cı ilə qədər mədəniyyət naziri vəzifəsini icra edib.