Ermənistanın Füzuliyə atdığı ağ fosforlu mərmi zərərsizləşdirilib – VİDEObackend

Ermənistanın Füzuliyə atdığı ağ fosforlu mərmi zərərsizləşdirilib – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın İkinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun ərazisinə atdığı ağ fosforlu mərmi zərərsizləşdirilib.

NOCOMMENT xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.

“Füzuli rayonunda beynəlxalq KİV-in kameraları qarşısında Ermənistanın atdığı ağ fosfor mərmisi zərərsizləşdirilib. Ağ fosforun istifadəsi qadağandır”, – deyə o əlavə edib.

H.Hacıyev mərminin zərərsizləşdirilməsinin görüntülərini də paylaşıb. Həmin görüntüləri təqdim edirik.