Ermənistanın hakim partiyasının deputatlarından heç biri parlamentə gəlməyibbackend

Ermənistanın hakim partiyasının deputatlarından heç biri parlamentə gəlməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Həmişə hakimiyyətin xalqa məxsus olduğunu bəyan etmələrinə baxmayaraq, Vətəndaş Müqavviləsi fraksiyasının deputatlarından heç biri parlamentdə görünmədi. Xalq bu gün tələbini irəli sürdü, amma onlar xalqın tələbini yerinə yetirmədilər”.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bunları “Ermənistan” fraksiyasından olan deputat Aram Vardevanyan feysbuk hesabında canlı yayımda bildirib.

“Deputatların xalqın tələbini yerinə yetirməkdən başqa yolu yoxdur. İkinci variant yoxdur. Bu, hər şeyi deyir”, – deyə Vardevanyan bildirib.

Daha əvvəl Ermənistan müxalifətçi deputatları parlamentin binasına xidməti girişdən daxil olublar. “Şərəfim var” fraksiyasının rəhbəri Ayk Mamicanyan bildirib ki, onlar orada hakim fraksiya nümayəndələrini gözləmək niyyətindədirlər.

“Ermənistan” fraksiyasından olan deputat İşxan Saqatelyan bildirib ki, 35 deputat (müxalifətdən) sənədi imzalamağa və impiçment prosesinə başlamağa hazırdır, lakin “Vətəndaş müqaviləsi” fraksiyasının nümayəndələrinin də 18 imzası lazımdır. O, hakim fraksiya nümayəndələrini Ermənistanın baş naziri Nikol Paşinyana etimadsızlıq elan edilməsi prosesinə qoşulmağa çağırıb və əks təqdirdə onların ev ünvanlarını elan edəcəyini söz verib.