Ermənistanın himni və gerbi dəyişməlidir – Spikerbackend

Ermənistanın himni və gerbi dəyişməlidir – Spiker

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mənə aydındır ki, gec-tez Ermənistanın himni dəyişdirilməlidir, o, ermənilərə məxsus olmalıdır, bizim dövlətimiz və erməni musiqisi ilə əlaqəsi olmalıdır, himn qaydalarına uyğun olmalıdır.

NOCOMMENT.az ölkə.az-a istinadən xəbər verir ki, belə bir təkliflə Ermənistan parlamentinin spikeri Alen Simonyan çıxış edib.

“Mən iddia etmirəm ki, onu böyük Aram Xaçatryanın misilsiz erməni musiqisi ilə əvəz etmək lazımdır. Amma görünən odur ki, xaricdən gələn mövcud himnin dəyişdirilməsi zərurətdir”, – o qeyd edib.

O eyni zamanda gerbin də dəyişdirilməsinin zəruriliyini qeyd edib:

“Məncə, gerbin dəyişdirilməsi məsələsini də müzakirə etməliyik. Ermənistan su altında qala bilməz ki, bu da bəşəriyyətin cəzası idi, şir feysbuk gülüşü kimi ola bilməz, Ermənistanı qoruyan qılınc zəncirlənə bilməz”.