Ermənistanın İsraildəki səfiri barəsində cinayət işi başlanılıbbackend

Ermənistanın İsraildəki səfiri barəsində cinayət işi başlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın İsraildəki səfiri Armen Smbatyan barəsində cinayət işi başlanılıb və ona qarşı ittiham irəli sürülüb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, məlumatı Ermənistanın İstintaq Komitəsinin mətbuat xidməti yayıb.

İstintaqa görə, İsraildəki səfir və eyni zamanda AOKS ictimai təşkilatının rəhbəri (“Xarici Ölkələrlə Erməni Mədəni Əlaqələr Erməni Cəmiyyəti”) keçmiş nazir və AOKS rəhbərinin müavini Hasmik Poqosyanın qanunsuz qeydiyyatına kömək eədərək İrəvan, Abovyan küçəsi, 3 ünvanında (tarixi-mədəni dəyəri olan bina) ictimai təşkilatın mülkiyyətində olan torpaq sahəsi satıb.

Bina və sahə daha sonra nazirin gəlininə məxsus bir şirkətə (Britaniyanın Virgin Adalarında qeydiyyatdan keçmiş) 550 min dollar dəyərində bir razılaşma ilə satılıb.

Toplanan dəlillərə əsasən, Smbatyan vəzifəsindən sui-istifadə və çirkli pulların yuyulması maddəsi ilə ittiham olunur.