Erməni sərhədçinin ölümü ilə bağlı iş üzrə onun xidmət yoldaşı saxlanılıb.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyan məlumat verib.
Müddətli xidmətdə olan sərhədçi Artur Avetisyanın ona təhkim edilmiş avtomat silahdan atəş açaraq intihar etdiyi ehtimal edilir. Hadisə aprelin 25-də Sünikdə baş verib.
Daha əvvəl məlum olub ki, erməni sərhədçinin ölümü ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin 522-ci maddəsinin 2-ci hissəsinin 3-cü bəndi (döyüş növbətçiliyi zamanı özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açılıb.