Ermənistanın keçmiş baş naziri qızına görə qınandıbackend

Ermənistanın keçmiş baş naziri qızına görə qınandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın keçmiş baş naziri Vazgen Manukyanın ortancıl qızı yaşıl kart qazanaraq ABŞ-yə köçüb.

NOCOMMENT-in modern-ə istinadən məlumatına görə, Ermənstan mediası bu xəbəri tirajlamaqla Vazgen Manukyanı qınaq obyektinə çevirib.

Ölkənin ilk baş naziri, eyni zamanda Vətənin Xilaskarlığı Hərəkatının liderlərindən biri, müxalifətin vacib dövlət postuna namizədi olan şəxsin ailə üzvünün Ermənistanı tərk etməsi biabırçılıq kimi qiymətləndirilib.

Xəbəri mediaya təsdiqləyən Vazgen Manukyan qızının ABŞ-yə daimi yaşamaq üçün köçmədiyini söyləsə də, bu, onu ictimai qınaqdan yayındırmayıb.

“Bəli, o, ABŞ-yə gedib, amma 6 aydan sonra, apreldə Ermənistana qayıdacaq”, – deyən Manukyanın bu açıqlamasına Ermənistanda inanan olmayıb.