Ermənistanın keçmiş müdafiə naziri Moskvada saxlanıldı – KİVbackend

Ermənistanın keçmiş müdafiə naziri Moskvada saxlanıldı – KİV

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan Moskvada saxlanılıb.

NOCOMMENT.az Rusiya KİV-ə istinadla xəbər verir ki, keçmiş məmurun saxlanılması Ermənistan hüquq-mühafizə orqanlarının başlatdığı əməliyyat-axtarış tədbirləri çərçivəsində baş verib. Belə ki, o, Ermənistan hüquq-mühafizə orqanlarının tələbi ilə beynəlxalq axtarışa verilib.

Karapetyan “Sahibkarlıq fəaliyyətində qanunsuz iştirak”, “Vəzifə səlahiyyətlərindən sui-istifadə”, “Qulluq mövqeyindən sui-istifadə”, həmçinin, “Vəzifə səlahiyyətlərindən sui-istifadə” kimi bir sıra cinayətlərdə ittiham olunur.

Arşak Karapetyan 2021-ci ildə Ermənistan Müdafiə Nazirliyinin rəhbəri vəzifəsində çalışsa da, bu vəzifədə cəmi bir neçə ay qalıb.

Bundan əvvəl isə o, üç il baş nazir Nikol Paşinyanın müşaviri, sonra isə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini olub.

Bu ilin aprelində eks-nazir Ümumerməni Cəbhəsi partiyasının yaradıldığını bəyan etsə də, Ermənistan Ədliyyə Nazirliyi müvafiq qanunvericiliyi pozduğuna görə onu qeydiyyatdan keçirməkdən imtina edib.\\Yeniavaz.com