Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyanın əmri ilə Karen İsraelyan Ermənistanın Los-Ancelesdəki baş konsulu təyin edilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb .
2012-2016-cı illərdə İsrailyan Ermənistanın ABŞ-dakı səfirliyinin birinci katibi, 2018-2020-ci illərdə isə Aİ-də səfir müavini vəzifəsində çalışıb. Bu illər ərzində o, həmçinin Ermənistanın İran və
Böyük Britaniyadakı diplomatik nümayəndəliklərində, Ermənistan Xarici İşlər Nazirliyinin müxtəlif idarələrində işləyib.