Ermənistanın məşhur generalı evində ölü tapıldıbackend

Ermənistanın məşhur generalı evində ölü tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan mətbuatı Baş nazir Nikol Paşinyanın mühafizə xidmətinin keçmiş rəhbəri general Qriqori Ayrapetovun öldüyü barədə xəbər yayıb.

NOCOMMENT.az -ın məlumatına görə bildirilib ki, bu barədə məlumatı onun yaxın dostlarından biri verib.

Qeyd olunub ki, general Qriqori Ayrapetovun meyiti yanvarın 1-də yaşadığı mənzildə tapılıb.

Ayrapetov 1991-2018-ci illərdə Ermənistan liderlərinin – Levon Terr Petrosyanın, Robert Köçəryanın, Serj Sarkisyanın və indiki Baş nazir Nikol Paşinyanın təhlükəsizlik xidmətinin rəhbəri olub.

2018-ci il oktyabrın 1-də Düşənbədə keçirilən MDB dövlət başçılarının zirvə görüşü zamanı Nikol Paşinyan liftdə prezident İlham Əliyevə yaxınlaşmışdı. Həmin an liderlərin yanında təkcə Qriqori Ayrapetov var idi.

Bundan sonra Qarabağdakı separatçıların dırnaqarası təhlükəsizlik şurasının katibi Vitali Balasanyan açıqlama verərək, artıq Ermənistanın məğlub olduğunu söyləmiş, Paşinyanın əleyhinə sərt fikirlər səsləndirmişdi.

O zaman Paşinyan belə qərara gəlmişdi ki, Balasanyan danışığın təfərrüatlarını Ayrapetovdan öyrənib. Bütün bunlardan sonra, 2019-cu ildə Paşinyan Ayrapetovu istefaya göndərmişdi.
APA