Ermənistanın müdafiə naziri: “Heç bir ərazi iddiamız yoxdur”backend

Ermənistanın müdafiə naziri: “Heç bir ərazi iddiamız yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Respublikasının heç bir ölkədən ərazi iddiası yoxdur.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, bunu müdafiə naziri Suren Papikyan İctimai TV-nin efirində bildirib.

“Ermənistan Respublikasının heç bir ölkəyə qarşı ərazi iddiası yoxdur. Silahlı qüvvələrimizin məqsədi və missiyası Ermənistan Respublikasının suverenliyini və ərazi bütövlüyünü qorumaqdır. Bu, ordumuzun təməlində dayanan konsepsiyadır”, – deyən Papikyan ordunun missiyasına öz yanaşmasını dilə gətirib və mahiyyətcə dünən baş nazir Nikol Paşinyanın İctimai radioda söylədiyi fikri təkrarlayıb.