Ermənistanın müdafiə naziri ilə Baş Qərargah rəisinin münasibətləri gərgindirbackend

Ermənistanın müdafiə naziri ilə Baş Qərargah rəisinin münasibətləri gərgindir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən Vaqarşak Arutyuyanla Silahlı Qüvvələrin Baş Qərargah rəisi Artak Davtyanın münasibətləri gərgindir.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bunu Ermənistanın “Joxovurd” qəzeti yazıb.

Məqalədə qeyd olunub ki, ordunun rəhbərliyində fikir ayrılığı var. Qeyri-rəsmi mənbələr bildirib ki, Baş Qərargah rəisi A.Davtyan verdiyi əmr və tapşırıqları müdafiə naziri V.Arutyunyanla müzakirə etmir, onunla məsləhətləşmir.

Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın da vəziyyətdən xəbərdar olduğu bildirilib. Deyilənlərə görə, Paşinyan vəziyyəti düzəltməyə və subordinasiyanın bərpasına cəhd belə etməyib. Qəzetin yazdığına görə, Müdafiə Nazirliyində əsas nüfuz sahibi Baş Qərargah rəisinin birinci müavini Arşak Karapetyandır. 2018-ci ilin aprelinədək Baş Qərargahın kəşfiyyat idarəsinin rəisi, hakimiyyət dəyişiklikərindən sonra Nikolun müşaviri işləyən Karapetyan indi nazirlikdə “boz kardinal”a çevrilib və bir çox məsələləri o idarə edir.