Ermənistanın müdafiə naziri itkin hərbçilərin qohumlarını sakitləşdirdibackend

Ermənistanın müdafiə naziri itkin hərbçilərin qohumlarını sakitləşdirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan Qarabağ müharibəsində itkin düşən hərbi qulluqçuların qohumları ilə görüşüb.

NOCOMMENT erməni mediasına istinadən xəbər verir ki, müdafiə idarəsinin başçısı onların narahat olduqları məsələlərə dair fikirlərini, təklifləri dinləyib, Azərbaycan ərazilərində itkin düşən hərçilərin, əsirlərin axtarışı ilə bağlı məsələləri izah edib.

Vaqarşak Arutyunyan itkin hərbi qulluqçuların axtarışlarının davam etdiyini, qaldırılmış məsələlərin Beynəlxalq Qızıl Xaç Komitəsi və Rusiya sülhməramlıları rəhbərliyindən olan müttəfiqlərlə daim müzakirə olunduğunu iddia edib.

Müdafiə naziri DNT araşdırmaları ilə bağlı problemlərə də toxunub. O, bildirib ki, bu istiqamətdə keçirilən işlərin həcmi artıb.

Qeyd edək ki, daha əvvəl itkin düşən erməni hərbi qulluqçuların qohumları iki dəfə baş nazir Nikol Paşinyanla görüşüblər. Hərbçilərin yaxınları Paşinyanla görüşlərdən narazı qalıblar. Onlar Yerevanda etiraz aksiyaları keçirəcəklərini bildirmişdilər.