Ermənistanın müdafiə nazirinin müavini: Müharibəyə hazır olmalıyıqbackend

Ermənistanın müdafiə nazirinin müavini: Müharibəyə hazır olmalıyıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan müharibəyə hazır olmalıdır.

NOCOMMENT.az xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin müavini Arman Sərkisyan parlamentdə brifinq zamanı deyib.

“Hazırda heç kim birmənalı olaraq yeni bir müharibə olacağını deyə bilməz” ifadəsini işlədən nazir müavini əlavə edib ki, müharibə başlayacağı təqdirdə dövlət lazımi bütün tədbirləri görəcək:

“Son 30 ilin tarixini nəzərə alaraq hər saniyə müharibəyə hazır olmalıyıq. İndi bu məsələni səsləndirməyə və çaxnaşma yaratmağa ehtiyac yoxdur”.

Xatırladaq ki, Azərbaycanda bu gün başlanan hərbi təlimlər sosial şəbəkələrdə aktiv müzakirə olunur.
Teleqraf