Ermənistanın müxalifət fəalı Paşinyanı təhqir etdibackend

Ermənistanın müxalifət fəalı Paşinyanı təhqir etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın müxalif fəallarından biri, Vətənin Xilası Hərəkatının koordinatoru İşxan Saqatelyan ölkənin baş naziri Nikol Paşinyanı növbəti dəfə təhqir edib.

NOCOMMENT-in report-a istinadən məlumatına görə, Saqatelyan iddia edib ki, baş nazir daha çox insanları aldatmaq və çaşdırmaq üçün yeni, daha böyük axmaqlıqlar uydurmağa başlayıb.

“Güman edirəm ki, hər dəfə bu dəlinin (Paşinyanın) yalanını və ağılsızlıqlarını şərh etməyə ehtiyac yoxdur. O, daha çox insanları aldatmaq və dolaşdırmaq üçün yenilərini, daha böyük ağılsızlıqları uydurmağa başladı. Nəticədə, bu günə qədər aldanmış hər kəs məyus olacaq və pislik nəhayət məhv olacaq”, – deyə İşxan Saqatelyan özünün feysbukdakı səhifəsində baş nazir Nkol Paşinyanın seçkiqabağı çıxışını şərh edərkən yazıb.

Qeyd edək ki, İşxan Saqatelyan, habelə digər müxalif fəallar daha əvvəl də Paşinyanı aşağılayaraq onu ölkənin baş satqını adlandırıblar.