Ermənistanın peşmanlığı: vaxtında etsəydik…backend

Ermənistanın peşmanlığı: vaxtında etsəydik…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Diplomatiyaya daha çox pul xərcləsəydik, bu gün yəqin ki, yanımızda qan tökməyə hazır olan müttəfiqlərimiz daha çox olardı”.

NOCOMMENT publika-ya istinadən xəbər verir ki, bunu Çiçəklənən Ermənistan fraksiyasının millət vəkili Arkadi Xaçatryan “Dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bəyan edib.

Ölkənin xarici işlər naziri Zoqrab Mnatsakanyan isə bildirib ki, sistem lazımi şəkildə islah edilməyibsə və konkret planlaşdırılmış potensialın yaradılmasını davam etdirmirsə, daha çox pul keyfiyyət dəyişikliklərinə səbəb ola bilməz.

O qeyd edib ki, Ermənistan Xarici İşlər Nazirliyi büdcəsinə qənaət etməyə başlayıb.

Nazir Ermənistanın dost ölkə sarıdan çartışmazlıq yaşamadığını dilə gətirib.

Qeyd edək ki, Ermənistan Dağlıq Qarabağda münaqişə hərbi əməliyyatlar mərhələsinə keçəndən bəri ən yaxın dostu və müttəfiqi hesab etdiyi Rusiyadan dəfələrlə kömək tələb edib, Rusiyanın liderlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını müxtəlif cəhdlərlə münaqişəyə cəlb etmək istəyib. Lakin Rusiya Prezidenti Vladimir Putin “döyüş Ermənistan ərazisində getmir” cümləsi ilə bu yardım ümidlərini kökündən kəsib. Üstəlik, Ermənistanın baş naziri Nikol Paşinyanın kömək məktubuna cavab yazmağa belə təşəbbüs göstərməyib.