Ermənistanın prezident administrasiyası müxalifəti təkzib edibbackend

Ermənistanın prezident administrasiyası müxalifəti təkzib edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın işdən azad edilməsi ilə bağlı baş nazir Nikol Paşinyanın təqdimatını geri qaytarmayıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidentinin administrasiyası məlumat yayıb.

Xatırladaq ki, Nikol Paşinyanın istefasını tələb edənlər prezidentin təqdimatı baş nazirə qaytardığını iddia edib.

Baş nazir aparatının mətbuat katibi Mane Qevorqyan da sənədi geri almadıqlarını bildirib.

Qeyd edək ki, fevralın 25-də Nikol Paşinyan Onik Qasparyanın işdən azad edilməsi ilə bağlı Armen Sarkisyana təqdimat göndərib. O hələ ki bu sənədi imzalamayıb.

report