Ermənistanın qərbyönümlü siyasəti – Rusiya XƏBƏRDARLIQ ETDİbackend

Ermənistanın qərbyönümlü siyasəti – Rusiya XƏBƏRDARLIQ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva İrəvanın Bakı ilə sülh müqaviləsində “reqressiya” ilə bağlı bəyanatlarının ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun Ermənistana səfəri ilə əlaqəli olduğunu istisna etmir.

NOCOMMENT.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının sədri Sarkin Xandamyanın bəyanatını şərh edərkən belə deyib.

Vurğulayıb ki, Qərbin xoşuna gəlmək səyləri absurd həddə çatmamalıdır. Zaxarova qərbyönümlü siyasət yürüdən Ermənistan hakimiyyətinə xəbərdarlıq edib:

“Mənə elə gəlir ki, bu cür bəyanatlar səsləndirənlər hissiyatlarının həddini itiriblər. Bu məsələ Ermənistanın özü üçün vacibdir. Cənubi Qafqazda həqiqi dayanıqlı sülhün bərqərar olması üçün yol xəritəsi Rusiya, Azərbaycan və Ermənistan liderlərinin kompleks razılaşmalarıdır. Vaşinqton və Brüssel birbaşa üçtərəfli razılaşmaların üzünü köçürüblər. Kim Vaşinqton və Brüssel danışıqlarının daha çox legitimliyindən danışır, bunu onlara xatırladıram. Bu “psevdo vasitəçi”lərin hansı legitimliyindən söhbət gedə bilər?”